Ölkə

Delta Azərbaycanda: qapanma ola bilərmi? - İnfeksionist

15 İyul 2021 03:34
0 Şərh     Baxış: 4 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Delta və delta-pilus ştammları hələ nəzarət olunacaq vəziyyətdədir, qapanma hallarına ehtiyac yoxdur.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a infeksionist Vüqar Cavadzadə deyib.

O qeyd edib ki, delta ştammının Azərbaycana gələcəyi gözlənilən idi:

"Azərbaycanın qonşuluğunda olan ölkələrdə bu varianta rast gəlinmişdi. Son günlər yoluxma sayı yenidən yüksəlir. Bu da delta və delta-pilus ştammları ilə əlaqədardır. Hətta Rusiyada son həftə yoluxmada yüksək artım oldu. Ölkəmizdə də alfa və delta ştamları aşkar edilib. Hazırda ölkədə epidemik vəziyyət nəzarət altındadır. Vaksinasiya sürətli aparılır. Qapanmaya getmək üçün epidemik göstəriş yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.