İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İsmayıllıya istirahətə gələn Abşeron rayonunun Xırdalan şəhər sakini 1963-cü il təvəllüdlü Həsən Əli oğlu Qəhrəmanov İstisu kəndi ərazisindəki göldə çimərkən suda boğularaq ölüb. Onun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Milli.Az