Səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb.
Milli.Az bildirir ki, tıxac Bakı Sumqayıt yolunun paytaxta gedən istiqamətində yaranıb.
Xırdalan qəbiristanlığından başlayan tıxac 20 Yanvar dairəsinə qədər davam edir.
Yaranan sıxlıq yolda avtomobillərin hərəkətini iflic edib.
Milli.Az