Baş nazir bu qaydanı ləğv etsə də, hələ də tələb edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qanunla ləğv edilsə də, hələ də Azərbaycana uçan bütün təyyarələrdə sərnişinlərə "Özünütəcrid barədə bəyannamə" forması paylanır.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə aparıcı-bloqer Azər Qərib feysbuk hesabında yazıb. O qeyd edib ki, bu sənədə imza atıb ölkəyə gələn hər bir kəs öhdəlik götürür ki, 14 gün özünü təcrid edəcək:
"Mən TƏBİB-ə sual vermək istərdim ki, bu sənəd kimə lazımdır? Kim qayıdandan sonra 14 gün evdə oturur? TƏBİB rəhbərləri və onların yaxınları maaşlarına müvafiq olmayan qlamur kurortlardan qayıdanda bu sənədə imza atırlarmı? Atırlarsa, 14 gün evdə otururlarmı? Otururlarsa, mən də oturum, oturmurlarsa, digərləri niyə oturmalıdırlar? Aydın məsələdir ki, nə onlar, nə mən 14 gün evdə oturası deyilik, çünki məntiq yoxdur. Vaksin edən də imza atır, immuniteti olan da, test verən də, hamısı da anlayır ki, bu, formal bir sənəddir. Axı bu formal sənədə tonlarla kağız gedir! Həmin sənədi çap edib dövlətə od qiymətinə satan və bundan varlananlardan başqa kimə lazımdır bu mənasız sənəd? Məni heç məsuliyyətə cəlb etmək də mümkün deyil, çünki gələndə üzünə baxan da olmur sənədin, tələb edən də, bəs onda kimin marağlarına xidmət edir bu açıq-aşkar pul silmə mexanizmi?"
Lakin bloqer sonradan sözügedən statusunu silib. Onun sözlərinə görə, ölkədə olmadığından bəzi məhdudiyyətlərin götürülməsindən xəbərsiz olub. Amma A.Qəribin statusuna əlavə etdiyi sənəddə bəyannamənin ötən gün, yəni 9 iyunda təqdim olunduğu görünür.
Qeyd edək ki, hələ iyunun 2-dən etibarən Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edilib. Belə ki, həmin tarixdən etibarən artıq Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılara "Özünütəcrid barədə bəyannamə" ilə bağlı qoyulan tələb ləğv olunub və həmçinin COVID-19-a dair PCR test arayışı tələb olunmur.
Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə sorğu göndərdik. Bildirildi ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah səlahiyyətlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
XƏBƏR LENTİ
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu





