Ölkə

Gənclər arasında virusa yoluxma niyə artıb? - Həkim cavabladı - VİDEO

21 Aprel 2021 10:44
Baxış: 1 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar gənclər arasında koronaya yoluxma hallarının artmasının səbəbi havanın isinməsi və onların evdən kənarda daha uzun müddət vaxt keçirməsidir.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib. O bildirib ki, gənclər arasında yoluxma artsa da, immun sistemi güclü olduğu üçün onlar xəstəliyi əksər hallarda yüngül və simptomsuz keçirir:

"Əvvəllər karantin olsa da, qış fəsilində gündüzlər qısa olduğu üçün insanlar arasında təmaslar azalırdı. Lakin artıq fəsillə əlaqədar gənclər evdən kənarda daha çox vaxt keçirirlər və təmaslar artır. Həmçinin gənclər gigiyenik qaydalara riayət edilməsinə səhlənkarlıqla yanaşırlar və koronavirusa dırnaqarası xəstəlik kimi baxırlar". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.