Ölkə

Millət vəkili “Tərtər işi”ndən danışdı

2 Aprel 2021 14:19
Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Aprel döyüşlərindən sonra orduda bir sıra neqativ halların baş verməsi, bir sıra insanların qanunsuz olaraq istintaqa cəlb edilməsi bu gün sosial şəbəkələrdə müzakirə olunur. Dövləti sevməyən insanlar bunu dövlətə qarşı ittiham kimi səsləndirirlər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Tərtər hadisələrinə  münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu hadisələrə dövlət orqanları nəzər yetirməlidir: "Ayrı-ayrı vəzifəli şəxslərin törətdiyi cinayətlər dövlətin adına yazılmamalıdır. Ona görə də bu məsələlərə aidiyyatı qurumlar tərəfindən cavab verilməlidir. Dövlətə bu cür ittihamlar səsləndirilməməlidir. Ordu müqəddəs yerdir. Bu müqəddəsliyi qoruyub saxlamalıyıq. Əks halda bu gələcəkdə hər hansı hadisələrin qarşısının alınmasında ruh düşkünlüyünə səbəb ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory