Ölkə

"Bakıda oturub Xocavənddəki hadisəyə qiymət verirlər" - Hərbi ekspert

31 Mart 2021 11:13
Baxış: 2 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son günlərdə şəbəkədə hərbçilərimizin pusquya düşərək ermənilər tərəfindən şəhid edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, hərbiçilərimizlə bağlı dezinformasiyalar Azərbaycan Ordusunun nailiyyətlərinə kölgə salmaq üçündür:

"Bu xəbərlər həqiqətə uyğun deyil və böyük ehtimalla Azərbaycan Ordusunun qələbəsinə kölgə salmaq məqsədilə bəlkə də düşmən, işğalçı ölkə tərəfindən idarə olunan və ya maliyyələşdirilən bir qrup şəxslər tərəfindən paylaşılmaqdadır.

Maraqlı orasıdır ki, rəsmi məlumatda hərbiçimizin suda boğularaq həlak olması barədə xəbərlər yayılsa da insanlar Bakıda, Şəkidə oturaraq Xocavənddəki hadisəyə qiymət verməyə çalışırlar - "Niyə qışda çimdi?", "O, çox yaxşı üzə bilirdi". Müdafiə Nazirliyi təkzib etmir ki, o yaxşı üzə bilirdi. Məgər bütün dünyada suda batan insanların heç biri üzməyi bacarmırdı? Və yaxud da ki, üzməyi bacaran insanlar heç bir halda suda bata bilməz? Bu dezinformasiyaların yayılmasında məqsəd yalnız və yalnız Azərbaycan Ordusunun nailiyyətlərinə kölgə salmaqdır, başqa heç bir səbəbi ola bilməz".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.