Su hövzələrində balıqların tükənməsinin səbəbkarı kimlərdir? - İttifaq sədrindən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın su hövzələrində balıqların tükənməsinin və yoxa çıxmasının əsas səbəbi insan amilidir.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib.
Onun sözlərinə görə, bu gün ölkənin əksər çaylarında, su kanallarında, göllərində brakonyerlik yolu ilə sintetik torlar qurulur, balıqların populyasiyasına imkan verilmir:
"Azərbaycanda balıqların populyasiyasını amansızcasına kəsirlər, bu haqda bir neçə dəfə bizim monitorinqlərimiz olub və sintetik torlara qarşı reydlər keçirmişik. Hətta bu monitorinqlər zamanı bizə hədə-qorxu gəlirlər. Ölkəmizdə sintetik torların istifadəsinə birdəfəlik qadağa qoyulsa da, təəssüf ki, hələ də qaçaqmalçılıq yolu ilə ölkəyə az sayda gətirilməkdədir.
Bu gün Azərbaycanın şah balıqlarından biri də kütüm balığıdır. Bu balıqlara o qədər tələbat var ki, hətta Amerika bazarında belə satışa çıxarılır. Ancaq çox təəssüf ki, bu balıqlar kütləvi halda ovlanır və müəmmalı şəkildə xaricə ixrac olunur. Xarici bazarlada isə onun Azərbaycandan gətirildiyi bilinmir".
Ə.Əliyev bildirib ki, Azərbaycanda balıqların populyasiyasının qarşısını alan bir nömrəli yer Şaqay kanalının dənizə tökülən hissəsində torların qurulmasıdır:
"Brakonyerlər bir gündə 3-4 ton balıq tutur və bu yol ilə balıqların kütləvi qırılmasına səbəb olurlar. Bu cür torlar əsasən cənub zonalarında quraşdırılıb, dənizə tökülən hissədə istədiyiniz qədər sintetik torlar görə bilərsiniz".
Sədr əlavə edib ki, ən çox nərə balıq cənub zonasında, Xəzərin Lənkəran sularında olub:
"Bir vaxtlar Azərbaycanın nərələri hər yerdə tanınırdı, ancaq bu gün onların kökü kəsilmək üzrədir. Balıqlar qışlıq yuxuya gedən zaman belə onları xüsusi cihaz vasitəsi ilə ovladılar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi





