Ölkə

Bakıda 8-9 dərəcə şaxta gözlənilir

24 Fevral 2021 11:56
Baxış: 3 175

Hazırda Bakıda havanın temperaturu 5 dərəcə şaxtaya yaxındır. Respublikanın dağlıq rayonlarında isə 15 dərəcəyə yaxın şaxta qeydə alınır.

Bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yağıntılar ölkə ərazisində qeyri-bərabər şəkildə paylanılıb. Ən çox yağıntı ölkənin şimal bölgəsinə düşüb.

U.Tağıyeva qeyd edib ki, gün ərzində əlverişsiz hava şəraiti davam edəcək. Hazırda isə prosesin ən kəskin dövrü müşahidə edilir. Axşama yaxın yağıntıların intensivliyi bir qədər azalacaq:

"Hazırda Bakıda çovğun qeydə alınır. Axşama doğru şaxta daha da güclü olacaq. Əgər bu gecə havanın temperaturu mənfi 4,8 dərəcə idisə, 24-dən 25-ə keçən gecə temperaturun mənfi 8-9 dərəcəyə yaxınlaşacağı gözlənilir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.