Ölkə

Bakının zibilliyə dönən küçəsi - "Dəfələrlə icra hakimiyyətinə müraciət etmişik" - FOTO

9 Fevral 2021 13:17
Baxış: 1 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xəzər rayonunda Binə atçılıq massivi, Qasım bəy Zakir kücəsi ərazisində sakinlər zibillərini atmağa yeşik tapmırlar. Bu səbəbdən də açıq ərazini zibillik kimi istifadə edilər. Bəzən məişət tullantıları yol boyu səni müşayiət edir. Qutuların olmadığı səbəbindən çox vaxt zibil hara gəldi tullanır. 

Milli.Az-a müraciət edən Qasım bəy Zakir kücəsinin sakinləri deyirlər ki, vəziyyətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətini məlumatlandırıblar: "Oradan bildirdilər ki, zibil qutuları yoxdur". 

Qısası, sakinlər zibilləri ilə birlikdə yaşamağa məhkum edidiklərini deyirlər. Sakinlər bildirirlər ki, dəfələrlə Bakıya yeni zibil yeşiklərinin gətirilməsi ilə bağlı xəbərlər verilib. Lakin Xəzər Rayon İcra Hakimiyyəti eyni sözü təkrarlayır, deyir ki, yoxdur. O, küçənin yollarından da gileylənir. Bildirir ki, bir az yağış yağan kimi yollar keçilməz olur və bununla bağlı şikayətləri də, hələ ki, nəticəsizdir.

Milli.Az problemi araşdırmaq məqsədi ilə Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Özünü İH-nin sosial iqtisadiyyat şöbəsinin baş məsləhətçisi kimi təqdim edən Nəsiman adlı şəxs problemdən xəbərsiz olduğunu deyib:

"Bu problemdən mənim xəbərim yoxdur, birinci dəfədir eşidirəm. Mənzil- kommunal təsərüffat birliyi və qəsəbə nümayəndəliyi ilə əlaqə saxlayıb bu haqda məlumat alacağıq". 

Təhməz Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.