Ölkə

Rasim Məmmədovun vəkilindən açıqlama

29 Yanvar 2021 17:11
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Baku Steel Company" şirkətinin DTX tərəfindən saxlanılan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov ilkin açıqlama yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, E.Sadıqov bildirib ki, Rasim Məmmədovun guya Ramiz Mehdiyevin qara kassası olması barədə deyilənlər həqiqəti əks etdirmir: "Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub".

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, Rasim Məmmədov onlardan birinin 4 milyon, digərinin 3,5 milyon dollar pulunu mənimsəyib.

Rasim Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.