Ölkə

Ötən il qanunsuz balıq ovu ilə bağlı 102 cinayət işi başlanıb

29 Yanvar 2021 16:54
Baxış: 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2020-ci il ərzində bu istiqamətdə görülmüş tədbirlər nəticəsində qanunsuz ağac kəsməyə görə 74, balıq və başqa su heyvanlarını tutmağa görə 102, qanunsuz ovla bağlı 4 fakt üzrə cinayət işi başlanılıb.

Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 1000 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq olunan cərimələr 64 min 75 manat təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.