Palçıq vulkanının püskürməsi ilə bağlı direktordan AÇIQLAMA: 3 hektar ərazi... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şamaxı rayonundakı "Quşçu" palçıq vulkanında dünən baş verən bu püskürmə zamanı xaric olmuş süxurlar bərk halda olub.
Milli.Az bildirir ki, bunu Trend-ə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.
Onun sözlərinə görə, əvvəlki püskürmələr zamanı suyun konsentrasiyası xaric olmuş məhsullarn tərkibində çox olduğu üçün daha geniş ərazilərə yayılıb. Son püskürmə zamanı isə xaric olmuş məhsullar qalaq formasında bir ərazidə toplanaraq nisbətən hündür kütlə yaradıb:
"Hesablamalar zamanı fərqli-fərqli hündürlüklərı qeydə alındı. Ümumi xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir. Bunun həcmi isə 27 min kub metr təşkil edir".
C.Paşayev əlavə edib ki, dünyadakı 2500-dən çox palçıq vulkanının 350-dən çoxu Azərbaycanda yerləşir. Vulkanların püskürmə intervalına görə Azərbaycan dünyada öz liderliyini saxlayır.
Direktor qeyd edib ki, palçıq vulkanlarının proqnozlaşdırılması mümkün deyil. Seysmik proseslər kimi palçıq vulkanlarının da püskürməsi təhlükəlidir.
Qeyd edək ki, "Quşçu" vulkanı dünən 16-cı dəfə püskürüb. Vulkanın son onilliklər ərzində puskurməyən sahəsi aktivləşib. Püskürmə nəticəsində əkin sahələrinə ziyan dəydiyi bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı





