Ölkə

Qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazası yaradılıb

17 Noyabr 2020 15:40
Baxış: 616
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dövlət İmtahan Mərkəzində yeni qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazası yaradılıb.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, birinci mərhələdə ümumilikdə 50-yə yaxın ali və orta ixtisas təhsili müəssisəsini özündə birləşdirən məlumat bazasının sonrakı mərhələlərdə daha çox təhsil müəssisəsini əhatə etməsi nəzərdə tutulur.

Yeni vahid informasiya sisteminin yaradılmasında əsas məqsəd ölkənin milli sərvəti olan müəllim-ekspertlər haqqında zəruri məlumatların toplanması və idarə olunmasıdır. Digər məqsəd isə daha çox peşəkar müəllimin imtahanlara cəlb edilməsi və müvafiq təhsil müəssisələri ilə daha sıx əməkdaşlığın təmin edilməsidir.

Ölkəmizdə dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması prosesi son illərdə sürətlənmişdir. Qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazasının yaradılması bu prosesin tərkib hissəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.