"Yoluxma bu cür artarsa, bütün təhsil ocaqları bağlanacaq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dərslərin bağlanma ehtimalı günü-gündən daha da aktuallaşır. Çünki yoluxma halı həddindən artıq çoxalır. Bu vəziyyətdə biz çıxış yolu kimi yenə yalnız distant təhsil formasına qayıtmağı görə bilərik".
Bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, valideyinlər övladlarında hər hansı bir narahatlıq hiss edirlərsə, məktəblərə və yaxud universitetlərə göndərməsinlər:
"Əgər ənənəvi təhsil metodundan yararlanmaq istəyiriksə təbii ki, burada vətəndaşlar hər biri müvafiq olaraq vaxtında elan olunmuş izolyasiya qaydalarına riayət etməlidirlər. Eyni zamanda burada həm valideyinlər, həmçinin məktəb rəhbərliyi, eləcə də ali təhsil müəssisələrinin rəhbərlikləri, hazırki ənənəvi təhsil forması tədris olunursa sırf bu mexanizmə - qoruyucu maskadan istifadə olunmasına, əllərin gigiyenasına, dezinfeksiya tədbirlərinə nəzarət etməlidirlər.

Eyni zamanda da yaxşı olardı ki, valideyinlər toplum şəkildə övladlarını məktəbə gətirib, aparmasınlar və yaxud da valideyinlər övladlarında hər hansı bir narahatlıq hiss edirlərsə, yəni, onların hərarəti varsa və yaxud da onlar özlərini halsız hiss edirlərsə, o zaman məktəblərə və yaxud universitetlərə göndərməmələri daha məqsədəuyğun ola bilər. Yalnız, biz ənənəvi təhsil metoduna bu üsulla davam edə bilərik. Əks halda təbii ki, bu ayın sonuna kimi yoluxma bu cür artarsa, bütün təhsil pillələri üzrə yenidən distant formalı sistemə keçəcəyik".
E.Əfəndi onu da qeyd edib ki, hazırda müvafiq karantin qaydalarına riayət etməklə ənənəvi təhsil sistemindən faydalansaq daha məqsədə uyğun olar:
"Fikrimcə hazırdakı durumda dərslər ümumiyyətlə dayandırılsa, bir o qədər effekt verməyəcək. Yuxarıda sadaladığım xüsusi hallar nəzərə alınmaqla dəsrləri hələ ki davam etdirmək olar. Mövcud müharibə şəraitindən asılı olaraq internetin verilməsində müəyyən fasilə yaranıb. Bu da distant formalı təhsil üçün hazırda əlverişli deyil, distant formalı təhsildən yararlana bilməyəcəyik. Ona görə də müvafiq olaraq internetin təminatı tam ölkə üzrə bərpa olunandan sonra, artıq demək olar ki, biz distant formalı təhsilə yenidən üz tuta bilərik. Hazırda yenə qeyd edirəm, müvafiq karantin qaydalarına riayət etməklə ənənəvi təhsil sistemindən faydalansaq, daha məqsədə uyğun olar. İnsanlar əgər qaydalara riayət etməsələr yoluxma sayının, koronavirusdan ölüm sayının daha artımına gətirib çıxaracaq".

Qeyd edək ki, son sutka ərzində koronavirusa yoluxan şagird sayı 33, işçi heyətinin sayı 12 nəfər təşkil edib. Bu zamana kimi ümumilikdə 60 sinif, 37 məktəb distant təhsilə keçirilib.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır





