Ölkə

Metroya daxil olan sərnişinlərin hərarəti ölçüləcək - RƏSMİ

11 Sentyabr 2020 16:33
Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunun fəaliyyəti bərpa olunduqdan sonra stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçüləcək.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, sərnişinlərin hərarəti seçmə üsulu ilə ölçüləcək: "Günün pik saatlarında bütün sərnişinlərin hərarətini ölmək mümkün olmayacaq. Bakı metrosunun xüsusi təlimat keçmiş stansiya işçiləri bu işə cəlb olunacaqlar. Zahirən virus təhlükəsində şübhəli bilinən sərnişinlərin hərarəti yoxlanacaq. Hərarəti olan sərnişinlər metroya buraxılmayacaq.

Ümumiyyətlə, sərnişinlərimiz sanitar-gigiyenik normaların tələblərinə nə qədər çox düzgün riayət etsələr, "Bakı Metropoliteni"nin fəaliyyəti bir o qədər təhlükəsiz və rəvan qaydada davam etdiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.