Artıq şadlıq saraylarında bu tarixlərə yerlər bron edilir - Toylar başlayır? - SORĞU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə COVİD- 19 epidemiyasına ilk yoluxma faktı aşkar olunduğu müddətdən 6 ay keçir. O vaxtdan bəri toylarla bağlı qadağa qüvvədən hələ də düşməyib.

Karantin illərdir övladının toyunu gözləyən valideynlərin, sevdiyi insana qovuşmaq üçün gün sayan şəxslərin hələ də arzusunu ürəyində qoyur. Lakin Azərbaycanda yoluxma sayının xeyli aşağı düşməsi bu qəbildən olan insanların ümidlənməsinə səbəb olub. Bunu paytaxtın bir neçə şadlıq evləri arasında apardığımız sorğu zamanı da öyrəndik. Bəli, yoluxma sayının aşağı düşməyindən ürəklənib yer bron edənlər var.
Milli.Az şadlıq evləri arasında apardığı sorğunu təqdim edir:
"Arena" ş/s-nın administratoru açıqlamasında şadlıq evinin qapısını bağlayıb, evdə oturub, Operativ Qərargahdan xoş xəbər gözlədiklərini bildirib. Administrator toy etmək istəyənlərdən yer bron etmək üçün onlara müraciət edənin olmadığını da sözlərinə əlavə edib.

"Şahənşah" ş/s-nın administartoru Zaur Abdullayev isə, hələ ki, bron üçün onlara müraciət edənin olmadığını bildirib: "Toy yazdırmaq istəyənlər artıq, ümumiyyətlə, yoxdur. Sadəcə olaraq, köhnə toy sahibləridir ki, maraqlanırlar. Dörd, beş dəfə bəlkə toy tarixlərini dəyişiblər. Mart, aprel ayından qalan toylardır. Onlar da çox narahatdırlar. Çünki eləsi var ki, 4 il, 5 ildir nişanlı idi, gözləyirdi mart ayında toyun edə, bu da gəldi belə oldu. Yenilər yoxdur, sadəcə olaraq, maraqlananlar var. Soruşurlar ki, necədi vəziyyət, biz də cavab veririk ki, hamı kimi biz də oturub Operativ Qərargahın qərarını gözləyirik ki, bəlkə bir xəbər verəcək ki, başlayın. Çünki bizim başlamağımız üçün ən azından bir ay qabaq lazımdır ki, biz işə çıxa bilək və həmin vaxta qədər heç olmasa müştəriləri yerbəyer edə bilək. Bu gün qərar verilsin, mən bu gün toy edə bilmərəm ki?! Bunun dəvətnamə paylanmağı var, adamsayı çıxartmaq məsələsi var, işçilərimizi yenidən bir araya toplamaq var. Birdən-birə bu mümkün deyil. Ən azından heç olmasa, inzibati işçilərimiz bir ay qabaqcadan gəlib orada oturmağı, müştərini qəbul etməyi bir aydan sonra və yaxud 20 gündən sonra toy olacaq, ona hazırlıq görməyimiz lazımdır. Hazırda işə çıxmırıq biz, bağlamışıq oranı oturmuşuq. Pandemiyadır da, neynəyəsən?!"

"Aysun" ş/s-nın administratoru Pərvin bəy:
"Bizə yaxınlaşıb yer bron etmək istəyənlər var. Oktyabr, noyabr aylarına artıq yer bron edirlər, beh verirlər. Ümid yeri o baxımdan çoxdur. Həm də ondan əlavə iyun, iyul, avqust aylarına yazılmış toylar ki, o toylar da hələ qalır yerində. Onlar da günlərini artıq oktyabr, noyabr, dekabr aylarına dəyişdirirlər.
"Xan bağı" ş/s administratoru Vaqif bəy isə gəlib-gedənin olduğunu, lakin risk edib bron edənin hələ olmadığını bildirib:
"Axır 2-3 aydır heç kim gəlib-getmir. Gələndə də deyirlər filan günü istəyirəm, deyirəm həmin günlər "zanit"dir. Yəni, olacağı gözlənilən toylar ki var idi, onların günü dəyişdirilib. Bu il toy etmək istəyənlər toylarının tarixini daha çox noyabrın 1-dən sonraya dəyişiblər əsasən. Oktyabrda da toy etmək istəyənlər var. Amma gəlib-gedən var, fikirləşən var. Əvvəlki kimi axın deyil, ara-sıra gələn var. Baxırlar, gedirlər, fikirləşirlər, amma beh verib, bron edən, hələ ki, yoxdur.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan





