Ölkə

Litva-Azərbaycan müntəzəm aviareysinin açılması prioritet istiqamətlərdən biridir - Nazirlik

6 Sentyabr 2020 08:47
Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litva aviamarşrutların sayının artmasında maraqlıdır və prioritet istiqamətlərdən biri də Azərbaycanla Litva arasında birbaşa müntəzəm hava əlaqəsinin açılmasıdır.

Bu barədə Trend-ə Litva Nəqliyyat və Rabitə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Litvanın nəqliyyat tənzimləmə orqanları Avropa İttifaqı (Aİ) ilə assosiasiya barədə saziş və digər srateji sənədlərlə əlaqədar məqsəd və öhdəliklərə nail olmaq üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır:

"Azərbaycan tərəfinin hava əlaqəsi haqqında Azərbaycan hökuməti ilə Litva hökuməti arasında Saziş layihəsinin razılaşdırılması prosesinin davam etməsinə marağı bizə məlumdur. Eyni zamanda, bizi Azərbaycanın Aİ-nin hava məkanına qoşulması üzrə danışıqların gedişatı maraqlandırır. Litvada avtomobil, dəmir yolu və dəniz nəqliyyatı sektorlarında yüksək ixtisaslı mütəxəssislər qrupu toplanıb. Azərbaycanın nəqliyyat və logistika orqanlarının tələblərinə uyğun olaraq əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.