Ölkə

Karantin günlərində övladına toy edən keçmiş deputat məhkəməyə gətirildi

22 Avqust 2020 12:03
Baxış: 2 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.

Milli.Az bildirir ki, İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Məhkəmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinirlər. 

Bu maddə üzrə təqsirli bilinən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.