Ölkə

Qubada avtomobil oğrusu saxlanılıb - FOTO

8 Avqust 2020 14:04
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada avtomobil qaçıran şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Quba rayon sakini Sərxan Məmmədov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus "VAZ-2107" markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

RPŞ-nin əməkdaşları tərəfindən "isti izlərlə" və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.