Ölkə

Bu il baş verən yanğınlarda 23 nəfər həlak olub

7 Avqust 2020 21:27
Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 8 124 yanğın hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, baş vermiş yanğınlar nəticəsində 23 nəfər həlak olub.

61 nəfər isə müxtəlif yanıq xəsarətləri alıb. 11 əfər isə yanğından xilas edilib. Baş vermiş yanğın hadisələrinə görə 294 nəfər təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 2020-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 8 274 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 1133 hadisə və ya 16% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər həlak olmuş, 107 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 13 nəfər xilas edilmiş, 299 nəfər təxliyə olunmuşdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.