Ölkə

Mil-Muğan kanalında sululuğun artırılması üçün İmişlidəki göldən istifadə olunur

29 İyul 2020 17:55
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tədbirlər planına uyğun olaraq su qıtlığının qarşısının alınması üçün işlərə başlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, su qıtlığının qarşısının alınması üçün görülən işlər çərçivəsində İmişli rayonunda yerləşən Xudyarlı gölündən də istifadə olunacaq. Artıq göldən suyun istifadəsi üçün işlər başlanılıb. Göldə 70 milyon kubmetrdən çox şirin su ehtiyatının olduğu hesablanıb. Üzən nasoslar vasitəsilə burdan götürülən su Mil-Muğan kanalına yönəldiləcək.

Mil-Muğan su kanalında sululuğun artırılması əsasən Sabirabad, Saatlı rayonlarında əhalinin suya olan tələbatının qarşılanmasına kömək edəcək. Artıq Xudyarlı gölü üzərində birinci nasos stansiyasının quraşdırılmasına başlanılıb və işlər davam etdirilir.

Məlumata görə, İmişli rayonunda bu tipli 4 göl daha var. O göllərdə olan şirin su ehtiyyatlarından da istifadə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.