Ölkə

İstanbula təyin olunan yeni baş konsul jurnalist olub

28 İyul 2020 17:21
Baxış: 1 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın İstanbulda baş konsulu təyin edilib. 

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Nərminə Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib. Belə ki, o, 90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, "Xəbərçi" proqramının aparıcısı olub. 

Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.