Ölkə

Yoxlanışdan sonra qadına mesaj yazan polis işdən çıxarıldı

22 İyul 2020 12:00
Baxış: 3 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisinin polis əməkdaşı tərəfindən şəxsi məlumatlarının əldə edilməsiylə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başlanılmışdı. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma nəticəsində sözügedən polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilib.

DİN-in mətbuat xidmətindən faktı saytımıza təsdiqləyiblər. 

Qeyd edək ki, S. Mahmudova şikayətində bildirmişdi ki, "Koroğlu" metro stansiyasındakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.