Ölkə

Bakı Metropoliteninə yeni xidmət rəisi təyin olundu

21 İyul 2020 12:35
Baxış: 1 779
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.

Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açmıqlamasında bildirib ki, Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi Elxan Məmmədov tutduğu vəzifədən azad edilərək qurumun Hərəkət Xidmətinin rəisi təyin olunub. Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi vəzifəsinə isə Ruslan Seyidov təyin olunub.

Xatırladaq ki, ötən ay "Bakı Metropoliteni"nin Hərəkət Xidmətinin rəisi Etibar İsayev ürəktutmasından qəfil dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.