Ölkə

Bakının Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb - VİDEO

11 İyul 2020 15:45
Baxış: 3 046

Nizami rayonu, Məhəmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçərlərinin kəsişməsində yerləşən parkda tikilən qanunsuz obyekt sökülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qanunsuz obyekt barəsində Azərbaycan Dövlət Televiziyasında (AzTV) reportaj yayımlanıb.

Parkın bir hissəsinin zəbt olunaraq tikilən obyekt ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Ərazidə yaşayan sakinlər bu tikililə bağlı öz narazılıqlarını bildirib.

Qeyd edək ki, sözü gedən ərazidə yerləşən park son illərdə paytaxtın bir çox ərazisində gerçəkləşdirilən "Bizim həyət" layihəsi çərçivəsində salınıb. Daha sonra parkın ərazisində qanunsuz şəkildə bir hissə zəbt olunaraq, obyekt inşa olunub.

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.