"Koronavirusa yoluxduğunu bir-birindən gizlədən ər-arvad üzbəüz palatada yatdıqlarını bilmirlər" - Bakıda AİLƏ DRAMI - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Martın 24-dən, Mərkəzi Neftçilər Xəstəxanası COVİD-19 xəstələri üçün ayrılandan 12 saatlıq iş rejimində aktiv şəkildə çalışırıq. Xəstə yükündən asılı olaraq, 15-16, bəzən isə 24 saata qədər xəstəxanada qalırıq".
Bunu Milli.Az-a müsahibəsində həkim-infeksionist Natiq Əliyev deyib:

Yoluxmanın birdən-birə artmasını nə ilə əlaqələndirərdiniz?
- Yoluxmanın birdən-birə artmasına əhalinin deyilən fərdi izolyasiya qaydalarına əməl etməməsi, "Koronavirus boş şeydir" təfəkküründə olmaları, insanların məsuliyyətsizliyi səbəb oldu. Əvvəl hər kəs sosial şəbəkələrdə bizi qınayırdı ki, "Bir nəfər də olsa bizə göstərin ki, kimsə yoluxub". Artıq hər kəsin evindən kimsə, yaxud tanışı yoluxub və artıq biz hər kəsi səsləyirik ki, evində insan ölümü olmadan deyilənlərə əməl etmək və həkimlərə kömək olmaq lazımdır. Çünki artıq gedişat ona doğru gedir.
Bu halda sərt karantin rejiminin uzadılması real görsənirmi?
- Karantin rejiminin uzadılması, sərtləşdirilməsi də birbaşa ona xidmət edirdi ki, artıq hər bir evdə yoluxma sayı göründüyü üçün ölüm sayının azaldılması məqsədi daşıyır. Belə davam edərsə epidemioloji durum daha da ağırlşacaq, hətta daha sərt karantin rejimi ilə, daha sərt qaydalarla qarşılaşa bilərik. İnsanların sağlığı naminə bu hallar qaçılmazdır.

Son günlər həkim kolleqalarınız arasında yoluxanlara və korornavirusdan dünyasını dəyişənlərə daha çox rast gəlməyə başlamışıq. Tibb işçiləri arasında bu cür halların artması vəziyyətdən çıxmaqda bizə mane ola bilərmi?
- Bu dəqiqə ölkədə həkim kolleqalarımız arasında aktiv sürətdə işləyən, COVİD-19 xəstələrinin sağalmasında əsas sütunlar hesab edilən həkimlərimizdən də yoluxanlar var. Təbii ki, bu öz növbəsində səhiyyə sisteminə də böyük ziyan vuracaq. Çünki aktiv çalışan həkimləri itirəcəyik. Onların yerinə təbii ki, əvəzedici həkimər olacaq, amma onlar olmayacaq, onların savadı, praktikası olmayacaq. Bu da, öz növbəsində çox ağır fəsadlara gətirəcək.
Mutasiyaya uğrayan COVİD-19 yoluxmanın yayıldığı ilk vaxtlardan hansı xüsusiyyəti ilə fərqlənir?
- Mart ayında xəstəxanaya yerləşdirilən koronavairusa yoluxan ilk xəstə qrupları bu xəstəliyi daha çox orta və yüngül keçirirdilər. O zaman xüsusən deyirdik 65 yaşdan yuxarı, yanaşı xəstəliyi olanlar daha ağır risk qrupuna aiddir. Amma hazırda hər kəs risq qrupuna aiddir və hər kəsin xəstəliyi ağır keçirmək ehtimalı var. Bugünkü yaşanan olaylar, gənclərin koronavirusa yoluxması, onların səhhətinin ağırlaşması və COVİD-19-dan ölümün gəncləşməsi buna bir sübutdur. Ona görə, hər kəs yaşından asılı olmayaraq özünü qorumalıdır.

4 ay ərzində koronavirusla mübarizə zamanı sizi təsirləndirən bir hadisə olubmu?
- Hazırda 50-55 yaşlarında bir cütlük xəstəm var. İkisi də bir-birindən xəbərsiz üzbəüz palatalarda yatırlar, ikisi də bir-birinin orada yatdıqlarından xəbərsizdirlər. Hər ikisinin də mənə dediyi "Doktor, sizə zəng gəlsə ailəmə, yoldaşıma deməyin ki, mən xəstəyəm. Narahat olar" ifadələridir. Belə şeylərlə çox qarşılaşırıq. Hər kəsdə psixoloji basqı olduğu üçün psixiemosional durum da çox yüksək olur.
Təhməz Təkin
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
XƏBƏR LENTİ
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
-
Bakıda sürücü sükan arxasında öldü
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)





