Ölkə

Virusa yoluxmuş insanlar bu halda cinayət məsuliyyəti daşıyır

3 İyul 2020 18:19
Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Virusa yoluxmuş insanlar evdən çıxaraq başqalarını yoluxdurduqda cinayət məsuliyyəti daşıyır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı bir neçə hal da müəyyən edilib. İnsanlar imza atdığı iltizama uyğun öhdəliyi yerinə yetirməsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Evdə müalicə olunan şəxs vəziyyəti ağırlaşsa, 103-ə zəng etməlidir:

"Bu öhdəliyi yerinə yetirməyənlər cinayət məsuliyyətinə cəlb olunacaq. Əgər vətəndaş bilirsə ki, ehtimallar var, virusa yoluxma var, o şəxs evdə qalmalıdır bu barədə aidiyyatı qrumlara məlumat verib".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.