Ölkə

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

3 İyul 2020 12:54
Baxış: 503

Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir.

İstifadəçilərin rahatlığını təmin etmək üçün yaradılmış yeni internet səhifəsi "HTP haqqında", "Təqaüd ölkələri", "Tələbələr", "Məzunlar", "Elektron xidmətlər" və "Əlaqə" bölmələrindən ibarətdir. Bu bölmələrə daxil olmaqla aidiyyəti üzrə ətraflı məlumat əldə etmək mümkündür.

Həmçinin sözügedən internet səhifəsi mobil telefon və planşet istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb. Bununla yanaşı, HTP-nin "Facebook" səhifəsi də istifadəyə verilib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.