Ölkə

Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? - RƏSMİ

1 İyul 2020 15:53
Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda tələbələrin bir ali məktəbdən digərinə və ya bir ixtisasdan digərinə köçürülməsi prosesi onlayn həyata keçiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, köçürülmə prosesi onlayn olduğu üçün onun təxirə salınması nəzərdə tutulmayıb: "Bu proses iyul-avqust aylarında baş tutacaq. Köçürülmənin başlanılma müddəti ilə bağlı yaxın vaxtlarda məlumat veriləcək".

Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.