Şəmkirdə oğluna toy edən ata saxlanıldı, qonaqlar cərimələndi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, iyun ayının 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyini bildirib. Həmin vaxt vətəndaşa Nazirlər kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş karantin qaydalarına ciddi riayət olunması bir daha izah olunmaqla, bu cür hüquqazidd əməllər törətməməsi barədə ciddi xəbərdarlıq edilib.
Lakin buna baxmayaraq vətəndaş Əkbər Qəribov yaşadığı Xuluf kəndindəki evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib. Şəmkir RPŞ-nin əməkdaşları dərhal vətəndaşın evinə gələrək məclisin başlanmasını dayandırmış,oradakı iştirakçılar RPŞ-yə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 100 manat həddində cərimə edilib. Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci(Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə müvafiq protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)





