Ölkə

İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

29 İyun 2020 17:34
Baxış: 1 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Hazırda 84 100 ailə (350 mindən çox ailə üzvü) ünvanlı sosial yardımla təmin olunur.
Bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artıb. Hər ailəyə ayda orta hesabla 225 manatdan çox ünvanlı sosial yardım ödənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.