Ölkə

Karantin rejimi uzadılarsa, qəbul imtahanları onlayn keçirilə bilərmi? - Rəsmi cavab

20 İyun 2020 13:31
Baxış: 1 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Eyni gündə onlayn imtahanın yüz min insan üçün təşkili mümkünsüzdür".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə karantin rejimi uzadılarsa, qəbul imtahanlarının onlayn qaydada keçirilməsi mümkünlüyünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə proqram təminatını müəyyən imtahanlar üçün hazırlamışıq:

"Hər bir kəsin bu imtahanlarda iştirakı üçün vərdişi də olmalıdır və bu, onun imtahan nəticəsinə mənfi təsir göstərməməlidir. Fasiləsiz imtahanlar keçirmək üçün internet də fasiləsiz olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.