Ölkə

Bakıda qətl törədilib

20 İyun 2020 11:09
Baxış: 2 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 19-da saat 14 radələrində paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13B nömrəli binanın 73 nömrəli mənzilində bədəni üzərində deşici-kəsici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyit aşkar olunması barədə məlumat daxil olub.

Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla meyiti tapılan şəxsin 1992-ci il təvəllüdlü Məmmədov Boran Səbuhi oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin qeyd olunan ünvanda kirayədə yaşayan 1984-cü il təvəllüdlü Kənan Abdurahmanov tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Kənan Abdurahmanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.