Ölkə

Bakıda 33 yaşlı oğlan dənizdə batıb

18 İyun 2020 10:34
Baxış: 2 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 33 yaşlı oğlan dənizdə batıb.

Xəzər rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, prokurorluğa Binə qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tural Qasımovun ötən gün saat 19 radələrində dostu ilə birlikdə Şüvəlan qəsəbəsi "Mayak" çimərliyində dənizdə üzərkən boğularaq ölməsi barədə məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən dərhal hal şahidlərinin iştirakı ilə meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosesual hərəkətlər həyata keçirilib. T. Qasımovun meyiti MTEPAB-nın Xəzər rayon Şöbəsinə müayinə olunması üçün təqdim edilib.

Hazırda faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.