Ölkə

Bakı polisi karantin qaydalarını pozanları cərimələməyə başladı

13 İyun 2020 12:42
Baxış: 2 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları profilaktik tədbirlər davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paytaxtın bütün rayonları əhatə edən tədbirlərdə ictimai nəqliyyatda, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülür. Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində maska taxmaq məcburidir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.