Ölkə

Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi

13 İyun 2020 10:54
Baxış: 1 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu ildən artıq müəllimlərin işə qəbulu müsabiqəsində namizədlərin topladıqları ballar iki tədris ili ərzində qüvvədə qalmayacaq".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, əvvəl müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək uğurla keçən namizədlərin topladıqları ballar iki tədris ili ərzində qüvvədə qalırdı. Namizəd həmin bal əsasında növbəti ilin müsabiqəsinə qatıla bilirdi:

"Lakin artıq bu ildən bu məsələ ləğv edilib. Namizədlərin topladıqları ballar bir il ərzində qüvvədə qalacaq. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər də bu il həmin ballardan istifadə edərək müsabiqəyə qatıla bilməyəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.