Ölkə

"Həftə sonunda apteklər və marketlər tam bağlanacaq" - TƏBİB AÇIQLADI

4 İyun 2020 17:30
Baxış: 3 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həftə sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, cümə günündə dövlə qurumlarında iş saatı 14.00-da bitəcək: "Vətəndaşlar bunu bir bayram kimi qəbul etməsinlər. Bu, vətəndaşlara əlavə vaxt kimi verilir. Həftə sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq. Vətəndaşlar arasında hər hansı təşviş yoxdur. Vətəndaşların zəruri ehtiyaclarını ödəmək üçün bu gün və sabah kifayət qədər vaxtları var".

R.Bayramlı qeyd edib ki, həftə sonu belə qapanmalar bir necə tətbiq edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.