Ölkə

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin məhkəməsi başlayıb

4 İyun 2020 13:49
Baxış: 1 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həbs olunan Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 10-a təyin edilib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.