Ölkə

Bakıda istifadəsiz kafe qarət olundu

4 İyun 2020 10:24
Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yarımçıq tikilidən oğurluq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini Zakir Mahmudzadəyə məxsus sökülməkdə olan kafedə ümumi dəyəri 1800 manat olan soyuducu və digər məişət əşyaları oğurlanıb.

Sabunçu rayon 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü Tahir Musayev və 1990-cı il təvəllüd Ruslan Tağıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.