Ölkə

Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib - STATİSTİKA

3 İyun 2020 15:55
0 Şərh     Baxış: 2 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 6 milyard 400,4 milyon manat olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 3 milyard 314,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,0 faiz azalaraq 3 milyard 085,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 31,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.