Ölkə

İctimai nəqliyyatda və dayanacaqlarda maska taxmaq məcburi oldu

29 May 2020 16:38
Baxış: 3 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İctimai nəqliyyat və dayanacaqlarda maska taxmayanlar inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaq.

Milli.Az bildirir ki, bu barədə Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarında bildirilib.

Qərara əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə sosial məsafə gözlənilməli və tibbi maskadan istifadə edilməlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.