Ölkə

Hacıqabulda “Yura” ləqəbli narkotacir tutuldu

29 May 2020 10:47
Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda "Yura" ləqəbli narkotacir saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Rəncbər kənd sakini, 1989-cu il təvəllüdlü Şiraliyev Şahin Şiralı oğlunun üzərinə baxış zamanı ondan 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat istintaq hərəkətləri zamanı məlum olub ki, Ş.Şiraliyev narkotik vasitəni pul müqabilində əvvəllər Cinayət Məcəlləsinin 234.2, 93.1.4 və 226-cı maddələri ilə  məhkum olunan, kriminal aləmdə "Yura" ləqəbi ilə tanınan Hacıqabul şəhər sakini, 1977-ci il təvəllüdlü Əkbərov Yusif Həsən oğlundan alıb. Sonuncu saxlanılarkən üzərinə baxış zamanı ondan 2 bükümdə satış üçün qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.