Ölkə

Ağdaşda “Xaş-xaş 2020” əməliyyatı: Bir tondan çox narkotik məhv edildi - FOTO

28 May 2020 11:34
Baxış: 1 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2020" əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.