Ölkə

"Yoluxma halları kontroldan çıxa bilər" - İnfeksionistdən CİDDİ XƏBƏRDARLIQ

23 May 2020 14:21
Baxış: 3 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ ki qaydaların yenidən sərtləşdirilməsinə, bununla bağlı hər hansı cəza tədbirlərinin görülməsinə düşünmürəm ehtiyac var.

Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O, may, iyun və iyul aylarında yoluxma sayının daha da yüksələcəyini istisna etməyib:

"Onsuz da, biz virusla uzun müddət yaşamağa öyrəşməliyik. Sadəcə, burada əhali bir az daha diqqətli olmalıdır. Çünki nəticə etibarilə virusun qısa müddət ərzində cəmiyyətimizi tərk etməsi barədə danışmaq yanlışlıq olar. Cəmiyyətimizdə hal-hazırda bu virusun mövcudluğuna inanmayan nə qədər insanlar da var. Elələrinə başqa edə biləcək bir şey yoxdur axı. İnsanların məsuliyyətsizliyi yoluxma sayının xeyli artmasına gətirib çıxara bilər. Hazırda Azərbaycandakı vəziyyət imkan verir ki, yumşaldılmalara gedilsin. Ancaq bu risk var ki, bizdə yoluxma halları kontroldan çıxa bilər. Azərbaycanda modul tipli xəstəxanalar var. Əlavə xəstə yükünü ala biləcək xəstəxanalarımız var. Düzdür, gedişat yoluxmanın artmağına doğru gedir və bu istisna deyil ki, mayın sonu və iyun, iyul aylarında yoluxma sayı daha da yüksələcək. Bu istisna deyil. Çünki hal-hazırda vəziyyət kontroldan çıxa bilər. İnsanlar qaydalara əməl etmirlər və bəzi insanlar biganə yanaşırlar. Hətta xəstəliyin olmasına istehza ilə yanaşırlar ki, "Belə bir xəstəlik yoxdur. Hamısı bir oyundur". Bu baxımdan biz o insanların hamısını evdə qapalı vəziyyətdə saxlaya bilmərik".

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri koronavirusun kontroldan çıxacağı təqdirdə karantin qaydalarının yenidən sərtləşdirilməsinin mümkün olduğunu bildirib:

"Bizdə, hələ ki, kontrol edə biləcək xəstə sayı olduğuna görə, lazımi tibbi ləvazimatların, xəstəxanaların olması imkan verir ki, karantin qaydalarının yumşaldılmasına gedilsin. Bu dəqiqə məsuliyyət fərdi məsuliyyətdir, vətəndaşların üzərinə düşən yükdür. İnsanlarımız bunu gözəl anlamalıdırlar ki, hazırkı mövcud vəziyyət daha da kritikləşə bilər. Elə olacağı halda dövlətimiz məcbur qalacaq ki, yenidən karantin rejimini sərtləşdirsin. Hələ ki, vəziyyət kontrol edə biləcək səviyyədə olduğu üçün bu dəqiqə ehtiyac yoxdur ki, daha da sərtləşdirilsin. Amma görsək ki, bu üç rəqəmli yoluxma statistikası daha da artmağa doğru gedir və insanlar artıq buna daha da məsuliyyətsiz yanaşırlar, risk yaranacaqsa, təbii ki, dövlətimiz məcbur olaraq bu qaydaları yenidən ağırlaşdırsın". 

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.