Baş Prokurorluq Oğuzda 13 yaşlı şəxsin meyitinin tapılması ilə bağlı məlumat yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 09 radələrində yaşadığı evdən təxminən 2 kilometr aralı meşəlik ərazidən keçən çayda aşkar edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.
C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.
Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib
-
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Video)





