Nazirlik fermerlərə xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənd Təsərrüfatı Nazirliyi "Fermer Kartı"ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edib.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, fermerlər aqrar subsidiya üçün onlara verilmiş "Fermer Kartı"ndan səmərəli və diqqətlə istifadə etməlidirlər. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə xəbərdarlıq edərək onları kartlardan istifadə zamanı ehtiyatlı olmağa çağırıb.
"Fermer Kartı sizə - subsidiya alan şəxsə məxsusdur. Kartı başqa şəxsə verməyin. Kartınızdan istifadə etməklə gübrə, pestisid, toxum alarkən mütləq çek tələb edin", - deyə məlumatda bildirilib.
Eyni zamanda, Agentlik təchizatçılara da bildiriş göndərib, onlara öz satışlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeyd etməyin vacib olduğunu xatırladıb.
Qeyd edək ki, 2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiya üçün müraciətləri EKTİS üzərindən qəbul edilir və ayrılan subsidiya məbləği onlara paylanmış "Fermer Kartı"na köçürülür. Bu vəsaitin 25%-i nağlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan hissədir. Fermerlər öz kartlarındakı nağdlaşdırılmayan hissədən EKTİS-də qeydiyyatdan keçmiş təchizatçılara POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilərlər.
"Fermer Kartı-ndakı nağdlaşdırılmayan hissənin qanunsuz əməliyyatlara cəlb edilməsi, nağdlaşdırılması, təyinatı üzrə istifadə edilməməsi kart sahibinin üzərinə məsuliyyət yükləyir və onun növbəti subsidiyalarını almaqda problem yaşamasına səbəb ola bilər", - deyə məlumatda vurğulanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paytaxtda ölümlə nəticələnən qəza - 23 yaşlı gənc öldü
-
Boşanan Nara bu dəfə aktrisalığı ilə gündəmdə – Səhnələri müzakirə yaratdı - (Fotolar)
-
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş...
-
Nərimanovun bəzi yerlərində qaz olmayacaq
-
Nura Suri: “Şahrux Xanın arvadı məni qısqanırdı” (Foto)
-
42 yaşlı Beren Saat ana olur
XƏBƏR LENTİ
-
Paytaxtda ölümlə nəticələnən qəza - 23 yaşlı gənc öldü
-
Prezident İlham Əliyev: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır
-
Boşanan Nara bu dəfə aktrisalığı ilə gündəmdə – Səhnələri müzakirə yaratdı - (Fotolar)
-
Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir
-
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir - (Foto)
-
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş...
-
Azərbaycan nefti bahalaşdı - Qiymət 127 dolları keçdi
-
Nərimanovun bəzi yerlərində qaz olmayacaq
-
Nura Suri: “Şahrux Xanın arvadı məni qısqanırdı” (Foto)
-
Türkiyədə Azərbaycanın "arzuolunmaz" elan etdiyi şəxs saxlanıldı
-
İsraildə parlament seçkiləri keçirilir
-
42 yaşlı Beren Saat ana olur
-
Qazın qiyməti bahalaşır
-
“Qızıl top”un sahibi bəlli oldu
-
"Həzi Aslanov" stansiyası açıldı
-
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Bit bazarından 3 manata aldığı çərçivə baha qiymətə çıxdı: Qızıl imiş
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)





