Ölkə

“Laçın” tankeri ilk səfərinə çıxıb

20 May 2020 16:39
0 Şərh     Baxış: 1 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəmiqayırma zavodunda inşa edilən və ilk milli istehsal olan "Laçın" tankeri ilk səfərinə çıxıb.

Milli.Az SOCAR-a istinadən bildirir ki, dizel yanacağı ilə yüklənmiş tanker Bakı limanından Gürcüstanın Kulevi limanına yola düşüb. Gəmi oradan Türkiyəyə hərəkət edəcək.

Tanker Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımaları həyata keçirəcək. Gəminin heyəti 14 nəfərdən ibarətdir. Onun uzunluğu 141 metr, eni 16,9 metr təşkil edir.

Qeyd edək ki, "Laçın" tankerinin istismarına başlanması ilə Xəzər dənizindən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-si quru yük gəmisi, 3-ü tankerdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.