Ölkə

Mikayıl Cabbarova yeni müşavir təyin edilib - FOTO

19 May 2020 12:48
0 Şərh     Baxış: 1 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İqtisadiyyat Nazirliyində yeni təyinat olub.

Milli.Az Trend-ə istinadən xəbər veirr ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Belə ki, İqtisadiyyat nazirinin müşaviri vəzifəsinə Sahir Məmmədxanov təyin olunub.

S.Məmmədxanov 1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu illərdə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

1999-cu ildə "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.

2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin 04 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. 29 mart 2016-cı ildən isə Vergilər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.