Ölkə

“Əl-qolumu bağlayıb...” - Əri tərəfindən zəncirlənən qadından TÜKÜRPƏDƏN ETİRAF - VİDEO - FOTO

14 May 2020 20:04
4 Şərh     Baxış: 2 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az xəbər verir ki, ARB TV-nin "Elgizlə İzlə" verilişində həyat yoldaşı tərəfindən zəncirlənərək, işgəncə olunun qadın haqqında süjet yayımlanıb.

"Qoşulub qaçdığım üçün ailəm də məni dindirmirdi. Yoldaşımda arxayınlıq yarandı ki, kimsə gəlib-getməyəcək. Avaraçılıq etdi, həbsxanaya düşdü. 8il, 6ay həbs cəzası verildi. Mən də atamın evinə getdim. Həbsdən çıxdı məni və 2 uşağımızı götürüb yaşadığı kəndə gətirdi. Ev tikdik. Hər şey üstündə savaşmağa, zülm, işgəncə etməyə başladı. Qollarıma qaynar su töküb yandırıb, çəkiclə vurub. Uşaqları bir otağa salırdı, biz də keçirdik başqa otağa və başlayırdı. Əl-qolumu bağlayıb pol taxtası, dəmirlə vururdu. Boynumda zəncirlərin izi var. Həyətdə bağlayırdı, deyirdi ki, ürəyim belə istəyir. Valideynlərim də bu halımı görüb dedi ki, hər evdə söz-söhbət olur, get evinə. Mən də çıxıb sığınacağa gəldim".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.